• 27 İyul 2024
logo
FHN 113 nömrəli məktəbdə təlim keçirdi

FHN 113 nömrəli məktəbdə təlim keçirdi

Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə “Məktəblinin dostu” layihəsi çərçivəsində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 113 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.

Təlimdə FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva, elm və təhsil nazirinin muşaviri Rüstəm Ağayev, Bakı şəhəri üzrə Təhsil idarəsinin müdiri Mehriban Vəliyeva və məktəbin kollektivi iştirak edib.

Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş məktəbdə təxliyə planına uyğun olaraq, şagirlərin və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış məktəblilərə “ilkin yardım göstərilib”.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil olunur.