• 19 Sentyabr 2020
logo
Koronavirusdan qorunmaq elə də çətin deyil

Koronavirusdan qorunmaq elə də çətin deyil

2019-cu ilin dekabrından etibarən Çinin Vuhan şəhərindən yayılmağa başlayan yeni koronavirus az qala bütün ölkələrin baş ağrısına çevrilib. Azərbaycanın dünyanın tərkib hissəsi olduğunu nəzərə alsaq, bu virusun ölkəmizə də ayaq açması mümkündür. "Baymedia.az" xəbər verir ki, məhz ona görə də bir çox ölkədə olduğu kimi Azərbaycanda da koronavirusa qarşı olduqca ciddi tədbirlər görülür. İnsanlar arasında maarifləndirmə işləri aparılır və əhaliyə virusdan qorunmağın yolları aşılanır. Sosial şəbəkələrdə bu virus ətrafında süni ajiotaj yaradıb, insanları psixoloji gərginliyə sövq etmək olmaz. Çünki koronavirusdan qorunmaq elə də çətin deyil.