• 16 Yanvar 2021
logo
Türkiyə və Naxçıvan baytarlıq və fitosanitariya sahələrində əməkdaşlığı genişləndirəcək

Türkiyə və Naxçıvan baytarlıq və fitosanitariya sahələrində əməkdaşlığı genişləndirəcək

Türkiyə və Naxçıvan baytarlıq və fitosanitariya sahələrində əməkdaşlığı genişləndirəcək.

Bunu Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, hər iki tərəf qarşılıqlı olaraq baytarlıq və fitosanitariya sertifikatlarını tanıyacaqlar:

“Naxçıvan Muxtar Respublikasına və eləcə də əks istiqamətdə daşınan və tranzit olaraq göndərilən heyvan və eyni zamanda, yüklərə dair verilmiş sertifikatların qarşılıqlı olaraq tanınması məqsədi ilə tərəflər arasında müvafiq işlər həyata keçiriləcək”.

Bütün bunlarla yanaşı, Türkiyəyə Dilucu gömrük məntəqəsi ilə daxil olan kənd təsərrüfatı məhsullarının həmin məntəqədə rəsmiləşdirilərək daha tez buraxılması üçün tədbirlər görüləcək.

Qeyd edək ki, Türkiyə İxracatçılar Məclisindən Trend-ə verilən məlumatda bildirilmişdi ki, Azərbaycan və Türkiyə arasındakı ticarətdə gömrük prosedurlarının tezləşdirilməsi nəzərdə tutulur.

Bunun üçün 2020-2021-ci illər ərzində hər iki ölkə xarici ticarət əməliyyatlarının rəqəmsallaşması sahəsində əməkdaşlıq edəcək:

"Bu sahədə əməkdaşlıq çərçivəsində hər iki ölkənin xarici ticarət əməliyyatlarında tələb etdiyi sənədlər rəqəmsal bazada yerləşdiriləcək. Bu da öz növbəsində ticarət mallarının gömrük məntəqəsinə gəlmədən öncə yoxlanılmasına və daha az vaxt itkisinə səbəb olacaq".