• 25 Fevral 2020
logo
Bakıda ağır qəza - "Mercedes" ağaclığa çırpıldı

Bakıda ağır qəza - "Mercedes" ağaclığa çırpıldı

Bakıda səhər saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, qəza Qala qəsəbəsində qeydə alınıb.
"Mercedes" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaclığa çırpılıb. Avtomobildə sıxılıb qalan 1968-ci il təvəllüdlü Ağakişiyev Etibar Fariz oğlu yaxınlıqdakı insanların köməyi ilə maşından çıxarılıb. İlkin yardım göstərildikdən sonra o, hadisə yerinə cəlb olunan Təcili Tibbi Yardım briqadası ilə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, E.Ağakişiyevə sifətin və döş qəfəsinin əziyi, sağ dirsəyin cırılması diaqnozu qoyulub.
İlkin ehtimallara görə, qəzaya səbəb avtomobilin təkərində yaranan nasazlıq olub.