• 16 İyul 2024
logo
İctimai TV-nin təşəbbüsü ilə “Yaşa prezidentim, yaşa!” mahnısı  24 ildən sonra yeni versiyada  təqdim edildi

İctimai TV-nin təşəbbüsü ilə “Yaşa prezidentim, yaşa!” mahnısı 24 ildən sonra yeni versiyada təqdim edildi

İctimai Televiziyanın təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Yaşa prezidentim, yaşa!” mahnısının yeni versiyası və klipi 24 ildən sonra yenidən çəkilib. Çəkilişlər Heydər Əliyev Mərkəzində aparılıb. Bu gündən efir vasitəsilə geniş ictimaiyyətə təqdim edilən və sosial şəbəkələrdə yayılan mahnının sözləri Xalq şairi Fikrət Qocaya, musiqisi “Rast” qrupunun rəhbəri, Əməkdar artist Rəşad Haşımova məxsusdur.

Xatırladaq ki, vaxtilə Fikrət Qoca ölümlə üz-üzə qalanda Ulu öndər Heydər Əliyev ona köməklik etmiş, şairin təbirincə desək, ikinci həyat vermişdi. Heydər Əliyevin səhhətində problem yaranan zaman mərhum şair “Yaşa prezidentim, yaşa” şeirini yazmaqla, Ulu öndərə dayaq olmağa, dua etməyə çalışmışdı.

Sonradan 1999-cu ildə mərhum millət vəkili, ictimai xadim Anar Məmmədxanovun ideyası ilə “Yaşa prezidentim, yaşa” mahnısı ərsəyə gəlmişdi. Ulu öndər sağlığında bu mahnıdan çox məmnun olduğunu bildirmişdi.

İndi Ulu öndərin 100 illiyi münasibətilə İctimai TV-nin təşəbbüsü ilə“Yaşa prezidentim, yaşa!” klipi yenidən və daha təkmil formada çəkilərək, tamaşaçılara təqdim edilib. Mahnının ərsəyə gəlməsində “Rast” qrupunun rəhbəri Əməkdar artist Rəşad Haşımov, Xalq artistləri Samir Cəfərov, Teyyub Aslanov, əməkdar artistlər Lamiyə Haşımova, Xəyyam Nisanov, Fərid Əliyev, müğənnilər – Zamiq Hüseynov, Mehin Hümbətova, Cəmilə Həşımova, Dilarə Kazımova iştirak ediblər.

Link: https://www.youtube.com/watch?v=vjdsPzBJwYc