• 24 Oktyabr 2020
logo
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib

2020-ci il 28 fevral tarixində 8 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib. Elana çıxarılan vəzifələrin 10-u dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 18-i B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Hesablama Palatasının Təlim Mərkəzi, sektor müdiri və Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsi, İnformasiya texnologiyaları sektoru, sektor müdiri, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktoru vəzifələridir. Ümumilikdə isə, Kənd Təsərrüfatı Nazirliyində 11, Qida Təhlükəsizliyi Agentliyində 6, Hesablama Palatasında 4, Maliyyə Nazirliyində 2, Bakı İnzibati Məhkəməsi 2, Milli Arxiv İdarəsində 1, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində 1, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində 1 vəzifə olmaqla 28 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 28 fevral 2020-ci il tarixindən 30 mart 2020-ci il saat 18:00-dək Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.