• 23 Aprel 2024
logo
Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb, sərnişinlər təxliyə olunur

Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb, sərnişinlər təxliyə olunur

Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb.

Bu barədə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün saat 15:48-də Bakı metropoliteninə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb. Bütün xətlər üzrə elektrik cərəyanı bərpa edilsə də, yalnız "Həzi Aslanov" - "Xalqlar Dostluğu" sahəsində gələn elektirk enerjisinin dayanıqlığı olmadığına görə 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur.

Hazırda tunellərdə qalan qatar yoxdur.