• 28 Mart 2024
logo
Səhiyyə Nazirliyi: Gürcüstanda koronavirus şübhəsi ilə müalicə olunanlar arasında Azərbaycan vətəndaşları yoxdur

Səhiyyə Nazirliyi: Gürcüstanda koronavirus şübhəsi ilə müalicə olunanlar arasında Azərbaycan vətəndaşları yoxdur

Gürcüstanda mümkün koronavirus simptomları daşıyan xəstələr arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə Trend-ə Gürcüstan Səhiyyə, Əmək və Sosial İşlər Nazirliyindən bildiriblər. Mənbənin sözlərinə görə, hazırda koronavirusa yoluxan bir Gürcüstan vətəndaşı var. 50 yaşlı xəstə İrandan Gürcüstana gəlib. Onun vəziyyəti qənaətbəxş hesab edilir. Bundan başqa qeyd olunub ki, Gürcüstan infeksiya xəstəxanasının xüsusi bölməsində koronavirus şübhəsi ilə xəstələr yerləşdirilib, onların arasında Gürcüstan və Azərbaycan vətəndaşları var.