Xəbər verdiyimiz kimi, İstanbulda Türk Dünyası Köşə Yazarları Simpoziumu keçirilir.
Olaylar.az Ednews-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyəti də çıxış edir.
Tədbirdə çıxış edən nümayəndə heyəti üzvü Milli Vəhdət Partiyasının sədri, "Olaylar" xəbər portalının baş redaktoru Yunus Oğuz qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı yeni müharibə vasitəsinin əsasını qoyub.
"Azərbaycan yeni texnologiyadan istifadə edərək, yeni müharibə vasitəsinin nümayiş etdirdi. Düzdür, Türkiyə artıq Suriyada bir- neçə yeni texnologiyadan istifadə etmişdi, lakin Vətən müharibəsindı bu iri masştapda baş verdi və hərb sahəsində innovator rolunda çıxış etdi.
O, həmçinin nitqində müharibədə qalib gəlmək üçün əsas 4 şərtim olduğunu da qeyd edib.
"Bu 4 şərt dayanıqlı və davamlı iqtisadi yüksəliş, ordu quruculuğunun daima texnologiyasının yenilətmək, güclü xarici siyasət yürütmək və sonuncu daxildə vətəndaş həmrəyliyi qorumaqdır. Bunlardan biri olmasa müharibədə qalib gəlmək olmaz. İşğaldan azad olunmuş torpaqlarımızı azad təmizləyə bilməzdik. Müharibə zamanı çıxışlarımın birində dedim ki, 3 il keçməz dünyada yeni güc ortalalığa çıxacaq. Yeni güc təTürk dövlətləri təşkilatlarının birləşməsindədir. Artıq onlar birləşib və meydana gəliblər".
Yunus Oğuz Türk dövlətlərinin qarşısında olan hədəfləri də vurğulayıb:
"Bizim yaxın hədəf Qarabağı tam sülh ərazisinə çevirməkdir. Yəni, erməni qruplaşmalarını oradan çıxarmalıyıq. Orta hədəfimiz Zəngəzur dəhlizinin açılmasıdır. Yəni, Naxçıvan, Türkiyə və Orta Asiyanın birləşdirilməsidir. Uzaq hədəfimiz Güney Azərbaycandır. İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasının qarşısını almaqdır. Əzaq hədəfimiz isə Türk təşkilatlarının vahid halda birləşdirməkdir. Bunun üçün bir az əvvəl sadaladığım 4 şərtə əməl etmək lazımdır. Bütün bunların arxasında isə iki Türk lideri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev dünyaya meydan oxuyur".