• 1 Aprel 2020
logo
Azərbaycandan keçməklə İrandan Gürcüstana qayıdan vətəndaşın görüntüləri yayıldı

Azərbaycandan keçməklə İrandan Gürcüstana qayıdan vətəndaşın görüntüləri yayıldı

Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana gedən Gürcüstan vətəndaşında koronavirus aşkarlanması ilə bağlı Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

DGK-dən bildirilib ki, həmin şəxs fevralın 25-də saat 06:50-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib və təlimata uyğun şəkildə inzibati binaya daxilolmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb:

"Yoxlama zamanı onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlər qeydə alınmayıb. Həmin vətəndaş fevralın 25-də saat 17:09-da Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postu vasitəsilə ölkəni tərk edib. Hazırda həmin şəxslə təmasda olan əməkdaşlar müəyyənləşdirilərək müşahidə altına alınıb".