• 1 Aprel 2020
logo
Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub

Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub

Ötən ilin sonu və bu ilin əvvəlində elan olunan ov mövsümündə Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Hikmət Əlizadə jurnalistlərə açıqlamasında deyib.

Onun dözlərinə görə, həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb: "Onlardan 10 nəfərin ov qaydalarını pozduğu üçün Azərbaycandan deportadiya edilməsi üçün müvafiq qurumlara müraciət etmişik".

H.Əlizadə, həmçinin ov qaydalarını pozan Azərbaycan vətəndaşlarının sayını açıqlayıb: "Ötən mövsümdə 200-ə yaxın Azərbaycan vətəndaşı ov qaydalarını pozub. Onlar ov silahından düzgün istifadə etməmək, qadağan olunmuş quş növlərini ovladıqları üçün saxlanılıblar. Pouzuculara qanunvericilikdə nəzərdə tutulmuş qaydada 1000 manatdan 2 min manata qədər cərimə tətbiq edilib".