• 26 Aprel 2024
logo
Bakıdakı dumanın SƏBƏBİ açıqlandı

Bakıdakı dumanın SƏBƏBİ açıqlandı

Bakıda müşahidə olunan dumanın səbəbləri açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, hazırda paytaxtda müşahidə olunan duman təbii metereoloji hadisədir.

O qeyd edib ki, havanın rütubətliyinin artması və yer səthinə yaxın təbəqədə temperatur inversiyası qatının olması dumanın əmələ gəlməsinə şərait yaradıb.