• 20 Aprel 2024
logo
Kiyev şəhərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib

Kiyev şəhərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib

“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası və Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin birgə dəstəyi ilə Kiyevin mərkəzi ərazilərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib ki, bilbordların yerləşdirilməsində məqsəd Xocalı soyqırımı haqqında Ukrayna və xarici vətəndaşları məlumatlandırmaq.

Bilbordlar Ukrayna ərazisində bir müddət mövcud olacaq.