• 20 Oktyabr 2020
logo
Təhsildən Peşəyə devizi altında fəaliyyət göstərən Barattson öz missiyasını davam etdirir...

Təhsildən Peşəyə devizi altında fəaliyyət göstərən Barattson öz missiyasını davam etdirir...

Fevralın 13-də Barattson və Barattson Media yeni bir tədbirlə ictimaiyyət qarşısına çıxdı.

Bu dəfəki tədbirin məqsədi Barattsonda Təhsil səfiri layihəsi üzrə ikinci təhsil səfirinin təqdim olunması idi.

Tədbirdə Barattson MMC-nin direktoru Zeynal Zeynalov, Marketinq direktoru Ceyhun Abdulla, ilk Təhsil üzrə səfir Səfa Mehdi və yeni səfir, tanınmış jurnalist, blogger Ramin Musayev çıxış etdi.

Tədbiri ilkin olaraq Ceyhun Abdulla açıq elan etdi və hər kəsi salamlayaraq, tədbirin əsas məqsədi, mahiyyəti və əhəmiyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.

Daha sonra isə Zeynal Zeynalov, Barattson tədris mərkəzinin və Barattson Medianın gerçəkləşdirdiyi sosial layihələr haqqında məlumat verdi. Öz çıxışında Zeynal Zeynalov, Barattsonun təhsillə yanaşı, Barattson Media tərəfindən hazırlanan sosial çarxlarının əsas mahiyyət etibari ilə, cəmiyyətimizdə baş verən neqativ hallara istinad edilərək yayımlandığını bildirdi. Eyni zamanda, bu layihənin əsas məqsədinin bu çarxların mövcud və gələcəkdə yarana biləcək daha geniş problemlərə diqqət çəkərək, aradan qaldırılması olduğunu söylədi. Həmçinin,Ramin Musayev ilə birgə gələcəkdə ediləcək yeni layihələrlə bağlı qısa məlumat verdi.

Ramin Musayev isə öz çıxışında öz gələcək planlarında əsas yer almış, 2025-ci ildə həyata keçirməyi hədəflədiyi uzunmüddətli dünya turu ilə bağlı məlumatlar verdi. Qeyd edildiyi kimi Barattsonun Ramin Musayevin bu layihəsində rəsmi tərəfdaş qismində çıxış edərək , onun ingilis dili bacarıqlarının yüksəltməsində, mükəmməl ingilis dili biliklərinə sahib olmasına dəstək olacaqdır. Ramin bəy onu da qeyd etdi ki, hədəfini ingilis dilində həyata keçirəcək. Belə ki, blogunda paylaşacağı video çəkilişləri, Barattson dəstəyi ilə qazandığı mükəmməl ingilis dili biliyi vasitəsi ilə hazırlayacaq və bunu öz səhifəsində tam formada nümayiş etdirəcək.

Alınmış birgə qərara əsasən Barattson tərəfindən Ramin bəyə individual dərslərə qatılaraq, yüksək səviyyədə ingilis dili biliyinə sahib olacağı barədə köməklik ediləcəyi bildirildi.

Həmçinin, Ramin bəyə, IELTS imtahanlarında müvəfəqiyyət qazanması, IELTS üzrə

7.0-8.0 aralığında nəticə ala bilməsi üçün, Barattson olaraq,tam dəstək göstəriləcəyi söylənildi.

Tədbir iştirakçıları tam məlumatlandırıldıqdan sonra Ramin Musayev rəsmi şəkildə Təhsil üzrə səfir elan olundu və ona “Barattsonun Təhsil üzrə səfiri” yazılı simvolik lent və sertifikat təqdim edildi.

Statusu təqdim edən Zeynal Zeynalov bu statusun ilk sahibinin Səfa Mehdi olduğunu və davamlı olaraq cəmiyyətdə maarifləndirmə missiyasını öz üzərinə götürmüş şəxslərdən Təhsil üzrə səfir seçəcəklərini, Barattsonun bu missiyasının burada məhdudlanmayacağını bildirdi.