• 19 Aprel 2024
logo
Bakıda məcburi köçkünlərin yaşadığı yataqxana yanıb

Bakıda məcburi köçkünlərin yaşadığı yataqxana yanıb

Bakıda yataqxanada yanğın baş verib.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 12 m² olan otaqda ev əşyaları yanıb.

Yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.