• 20 Oktyabr 2020
logo
Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən 122 milyon manat ziyan ödətdirilib

Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən 122 milyon manat ziyan ödətdirilib

Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən 122 milyon manat ziyanın ödətdirilməsi təmin olunub.

Baş Prokurorluqdan verilən məlumata görə, bu sözləri Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Zakir Qaralov deyib ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən bir sıra xüsusilə ağır və ağır cinayətlərin, habelə böyük ictimai rezonans doğuran hadisələrin, o cümlədən Gəncə şəhərində 2 polis zabitinin qəsdən öldürülməsi, Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş terror hadisəsi, “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi və s. cinayət işlərinin yüksək peşəkarlıqla istintaq olunması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilmələri təmin olunub. Hesabat dövründə idarənin əməkdaşları tərəfindən 123 şəxs barəsində 54 cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. İstintaq edilən və məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vətəndaşlara və dövlətə dəymiş 127 milyon manat məbləğində ziyandan 122 milyon manatın və ya 96%-nin ödətdirilməsi təmin olunub.