• 25 Fevral 2020
logo
Hacıqabulda evdən 25 min manatdan artıq pul və qızıl oğurlanıb

Hacıqabulda evdən 25 min manatdan artıq pul və qızıl oğurlanıb

Hacıqabulda evdən 25 min manatdan artıq pul və qızıl oğurlanıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 16-da rayon ərazisindəki evlərin birindən 25.650 manat və 9800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən digər şəxs, şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Abbasov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin götürülüb.