• 29 Mart 2024
logo
DSX saxta sənədlə sərhəddən keçmək istəyən 38 əcnəbini yaxaladı

DSX saxta sənədlə sərhəddən keçmək istəyən 38 əcnəbini yaxaladı

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

DSX-dan verilən məlumata görə, Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində son bir ay ərzində dövlət sərhədindən buraxılış məntəqəsində 38 əcnəbinin, o cümlədən 21 İran, 3 İraq, 3 Özbəkistan, 2 Hindistan, 2 Misir, 2 Pakistan, 2 Efiopiya, 1 Küveyt, Nigeriya və Nepal vətəndaşının sənədlərinin saxtalaşdırılması halları müəyyən edilib.

Dövlət sərhədinin pozulmasına cəhd hallarının təhlili göstərir ki, əsasən Yaxın Şərq və Asiya ölkələrinin vətəndaşları Avropa ölkələrinə məxsus saxta pasport və vizalardan istifadə edərək Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə getməyə cəhd göstərirlər.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.