• 25 Aprel 2024
logo
Seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı araşdırma aparılır

Seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı araşdırma aparılır

101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı hələlik konkret fikir bildirmək çətindir.

Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, bütün bu məsələlər araşdırılacaq: “Bu barədə məlumatlar da ilk növbədə məhz KİV-lərə çatdırılacaq”.

Sədr müavini qeyd edib ki, ümumilikdə seçki prosesi rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib: “Ancaq neqativ hallar olmadan milyonlarla insanın cəlb olunduğu prosesi təsəvvür etmək mümkün deyil. Ən vacibi hər hansı neqativ halın baş verib-verməməsi deyil, ən vacibi odur ki, hər hansı xoşagəlməz hal olan zaman ona adekvat reaksiya göstərilsin, müvafiq tədbir görülsün. MSK da bu addımları atacaq”.