• 27 İyul 2024
logo
Naxçıvanda keçmiş bələdiyyə sədri vətəndaşın torpağını mənimsəyib?

Naxçıvanda keçmiş bələdiyyə sədri vətəndaşın torpağını mənimsəyib?

Naxçıvan şəhər Babək məhəlləsi ev 15, mənzil 67 ünvanında yaşayan Gursel Həsən oğlu Piriyev “Xalq cəbhəsi” qəzetinə ünvanladığı şikayət məktubunda ona məxsus olan 2 min kv. metr torpaq sahəsinin Naxçıvan Şəhər Bələdiyyəsinin sabiq sədri Hüseyn Orucəliyev tərəfindən oğurlandığını bildirib.
Gürsel Piriyevin mətubunda qeyd olunur ki, Naxçıvan şəhəri, 3-cü mikrorayon, 6-cı məhəllə, döngə 6-da yerləşən sözügedən torpaq sahəsi Naxçıvan şəhər İcraiyyə Komitəsinin 10 may 1992-ci il tarixli qərarı, eləcə də daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasın vərəsəlik yolu ilə ona çatıb.
Həmin torpaq sahəsinin 2009-cu ildə Naxçıvan şəhər Bələdiyyəsinin sədri olan Hüseyn Orucəliyev tərəfindən qanunsuz olaraq, mənimsənilib və 2 min kv. metrlik torpaq sahəsinin 100 kv. metri 10 min manata başqa bir şəxsə satılıb.
Qeyd edək ki, Gürsel Piriyevin məktibunda yer alan məqamlara aydınlıq gətirmək üçün Hüseyn Orucaliyevlə əlaqə saxlamaq cəhdlərimiz nəticə vermədi.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu bəyan etməklə yanaşı, şikayətin müvafiq dövlət qurumları tərəfindən araşdırılacağına ümid bəsləyirik.
Şikayətçi Gursel Piriyev Naxçıvan şəhəri, Babək məhəlləsi ev 15, mənzil 16 ünvanında yaşayır.