• 29 Mart 2024
logo
Rəşad Mahmuov Sovet İttifaqı Qəhrəmanının ev muzeyini ziyarət etdi

Rəşad Mahmuov Sovet İttifaqı Qəhrəmanının ev muzeyini ziyarət etdi

Deputatlığa namizəd, məşhur kardiocərrah Rəşad Mahmudov Hamaşomdakı görüşünün ardınca Sovet İtifaqı Qəhrəmanı Mirzə Cəbiyevin ev muzeyini ziyarət edib.

Baymedia.az xəbər verir ki, ziyarət əsnasında Azərbaycan xalqının qəhrəman oğullarının II Dünya Müharibəsindəki igidliklərindən, fədakarlıqlarından bəhs edilib, faşizmə qarşı mətinliklə mübarizə aparan vətən övladları iftixar hissi ilə xatırlanıb.

R.Mahmudov sosial şəbəkədəki hesabında bu barədə yazıb:

“Dünən Hamoşamdakı görüşüm bitincə, tarixə azərbaycanlı ən gənc “Sovet İttifaqı Qəhrəmanı” kimi adını yazmış Mirzə Cəbiyevin ev muzeyində oldum. Cəbiyevler, Pəncəlilər, Rəhmanlar, Bəkirlər, Çınarlar, Agillər və onlarla igid vətən övladlaları yetişdirən uca dağlarımız…”