• 21 Oktyabr 2020
logo
Koronavirusa görə kimlər maska taxmaya bilər? - ÜST cavab verdi

Koronavirusa görə kimlər maska taxmaya bilər? - ÜST cavab verdi

Tənəffüs yollarının xəstəliklərinin simptompları müşahidə edilməyən şəxslərin maska taxmasına ehtiyac yoxdur.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi yeni koronavirus epidemiyası başlayandan sonra insanların ən çox verdikləri "Maska taxmalıyammı?" sualına cavab verərkən açıqlayıb.

Nümayəndəlik maska taxmaq üçün bir neçə əsas şərtin olduğunu bildirib. Qeyd edilib ki, əgər hansısa şəxsdə tənəffüs yolları xəstəliklərinin simptompları müşahidə edilirsə, öskürürsə, nəfər almaqda çətinlik çəkirsə, o, maska taxmalıdır.

Eyni zamanda, tənəffüs yolları xəstəliklərinin simptompları müşahidə edilən xəstələrə qulluq edənlər, xəstə insanlarla təmasda olan tibb işçiləri də maska taxmalıdırlar.