Azərbaycan Dövlət İqtisad Universitetinin yerləşdiyi üçmərtəbəli binada yanğın olub.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Məlumata görə, Bakı şəhərinin Səbail rayonunda Azərbaycan Dövlət İqtisad Universitetinin yerləşdiyi üçmərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 127 kv.m olan otaqda rəflər, sənədlər 15 kv.m sahədə, 1 ədəd kondisioner və 4 ədəd kompüter yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.