• 6 İyul 2025
logo
Bakıya gələn təyyarədə sərnişin ölüb

Bakıya gələn təyyarədə sərnişin ölüb

"Buta Airways" aviaşirkətinin Kiyev-Bakı reysi uçuş həyata keçirən təyyarəsində sərnişin vəfat edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq aviaşirkətdən bildiriblər.

Qeyd olunur ki, 1953-cü il təvəllüdlü kişinin meyiti təyyarə Heydər Əliyev Beynəlxalq Hava limanında eniş etdikdən sonra müvafiq qurum nümayəndələrinə təhvil verilib.