• 24 Aprel 2024
logo
Mingəçevirdə zəlzələ qeydə alınıb

Mingəçevirdə zəlzələ qeydə alınıb

Yanvarın 27-də Mingəçevir şəhəri ərazisində maqnitudası 3.4 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 05:35-də Mingəçevir stansiyasindan 10 kilometr şimal-qərbdə qeydə alınıb.

Yeraltı təkanların ocağı 28 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.