• 18 Aprel 2024
logo
Xızıda itkin düşən ana və 3 övladı tapıldı

Xızıda itkin düşən ana və 3 övladı tapıldı

Xızı rayonunda itkin düşən ana və övladları tapılıb.
Trend-in məlumata görə, 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxanla birgə Bakı şəhərində tapılaraq polis şöbəsinə gətirilib. Müvafiq sənədləşmə aparıldıqdan sonra ana və övladları yaxınlarına təhvil verilib.
Qeyd edək ki, Xızıda ana və 3 övladı yanvarın 17-də itkin düşmüşdü.