• 16 İyun 2025
logo
Göygöldə avtomobil qəzası: yaralılar var

Göygöldə avtomobil qəzası: yaralılar var

Göygöl rayonunun Yalqışlaq kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Baymedia.az xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində, 1963-cı il təvəllüdlü Ş.Muradov və 1986-ci il təvəllüdlü E.Vəliyev xəsarət alıb.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.