• 2 Dekabr 2020
logo
Heydər Əliyev prospektində qəza - Tıxac yarandı

Heydər Əliyev prospektində qəza - Tıxac yarandı

Bakıda qəza tıxaca səbəb olub.
Trend-in məlumatına görə, hadisə bir qədər əvvəl Heydər Əliyev prospekti keçmiş "Şəfa stadionu"nun yaxınlığında qeydə alınıb.
Qəza şəhər istiqaməti ilə hərəkətdə olan iki minik avtomobili arasında baş verib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, hadisə səbəbindən hazırda Bağırov körpüsündən şəhər mərkəzi istiqamətində sıxlıq müşahidə olunur. Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.