• 18 Aprel 2024
logo
“Azneft"də yeni təyinatlar olub

“Azneft"də yeni təyinatlar olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) bir neçə idarə rəisi vəzifəsinə yeni təyinatlar olub.

Bu barədə Trend İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, Ramin Quliyev “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi, Fəxri Haqverdiyev Ə.Əmirov adına NQÇİ-nin rəisi, Cavanşir Nuriyev isə H.Z.Tağıyev adına NQÇİ-nin rəisi təyin ediliblər.