• 8 Dekabr 2024
logo
Xəstəxananın həyətində baş verən hadisə ilə bağlı cinayət işi açılıb, həkim işdən çıxarılıb

Xəstəxananın həyətində baş verən hadisə ilə bağlı cinayət işi açılıb, həkim işdən çıxarılıb

2019-cu il iyunun 28-də Mingəçevir şəhər sakini İsmayılov İmamverdi Səxavət oğlu ilə bağlı hadisənin araşdırılması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən komissiya yaradılıb.
Agentlikdən verilən məlumata görə, mərhumun 2015-ci il təvəllüdlü övladının hərarətinin yüksəlməsi səbəbindən iyunun 26 və 27-də xəstəxananın Təcili tibbi yardım şöbəsinə müraciət edilib, xəstədə yuxarı tənəffüs yollarının infeksiyası diaqnozu müəyyən olunub. Xəstəliyin stasionar müalicəyə göstərişi olmadığına görə, uşağa ilkin tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu təsdiqini tapıb və valideynlərinə lazımi məsləhətlər verilərək evə göndərilib. İyunun 28-də saat 00:31-də uşaq 37.7 dərəcə qızdırma ilə təkrar xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib, ona ilkin tibbi yardım göstərilib, yuxarıda qeyd edilən diaqnoz bir daha təsdiqlənib. Uşağın həyatına təhlükə yarada biləcək hər hansısa problem müəyyən edilməyib.
Baş vermiş hadisə ilə bağlı hazırda Cinayət Məcəlləsinə əsasən cinayət işi başlanılıb. İyunun 28-də mərhumun övladına xidmət göstərən həkim Cəfərov Elxan istintaq müddətində işindən uzaqlaşdırılıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi sözügedən xəstəxananın həyətində özünə qəsd etmiş vətəndaş İmamverdi İsmayılovun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.