• 16 Oktyabr 2021
logo
Azərbaycan Texniki Universitetində kadr dəyişikliyi olub

Azərbaycan Texniki Universitetində kadr dəyişikliyi olub

Azərbaycan Texniki Universitetində (AzTU) kadr dəyişikliyi olub.

AzTU-nun Mətbuat xidmətindən verilən məlumata görə, universitetin kitabxanasının müdiri Narıngül Xələfova öz xahişi ilə vəzifəsindən azad olunub.

Rektor Vilayət Vəliyev AzTU-nun kitabxanasında uzunmüddətli və səmərəli fəaliyyətinə görə N.Xələfovaya təşəkkür edib.

Həmin vəzifəyə kitabxananın şöbə müdiri Zöhrə Məmmədova təyin olunub. Ona kitabxananın texniki universitetlərin tələbləri səviyyəsində, müasir standartlara uyğun qurulması ilə bağlı tapşırıqlar verilib.