• 16 İyul 2024
logo
Kəlbəcər və Laçında 62 km təminat yolları çəkildi

Kəlbəcər və Laçında 62 km təminat yolları çəkildi - Video

Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən bir sıra strateji əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqların icrası davam etdirilir.

Müdafiə Nazirliyindən verilən məlumaat görə, mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə ümumilikdə 62 km-dən çox yeni təminat yolları çəkilib.

Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə həyata keçirilən zəruri tədbirlər yüksək peşəkarlıqla yerinə yetirilir.