• 27 İyul 2024
logo
Oğuzda meşə yanır

Oğuzda meşə yanır

Oğuz rayonunda dağlıq ərazidə yanğın başlayıb.
Report xəbər verir ki, yanğın rayonun Muxas və Baş Daşağıl kəndləri ərazisində, yüksək dağlıq ərazidə qeydə alınıb.
Yanğının söndürülməsi üçün Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi həyəti, o cümlədən meşə təsərrüfatı işçiləri əraziyə cəlb olunub.