• 22 Oktyabr 2024
logo
Ötən gün dənizdə 10 nəfər xilas edilib

Ötən gün dənizdə 10 nəfər xilas edilib -F HN

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 95 yanğına çıxış və 15 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 13 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 10 nəfər xilas edilib, 3 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.