• 2 Mart 2024
logo
Cəlilabadda usta faciəvi şəkildə öldü

Cəlilabadda usta faciəvi şəkildə öldü

Ustanın elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, avqustun 21-i, saat 14 radələrində Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Elgün Ağayevin usta kimi işlədiyi çoxmənzilli yaşayış binasının zirzəmisində su xəttini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.