• 22 Oktyabr 2024
logo
Xəzərdə bir nəfər batdı

Xəzərdə bir nəfər batdı

Xəzər dənizində 1 nəfər batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin "112" qaynar telefon xəttinə Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.