• 27 Aprel 2024
logo
Goranboy polisi narkotikə qarşı yeni əməliyyat keçirdi

Goranboy polisi narkotikə qarşı yeni əməliyyat keçirdi

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklə mübarizə çərçivəsində növbəti uğurlu əməliyyat aparıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəliməmmədli şəhər sakini Elşad Məhər oğlu İbrahimlinin üzərindən külli miqdarda tiryək və marixuana aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının daha bir əməliyyatı ilə isə Dəliməmmədli şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Əzizağa oğlu Ağazadə saxlanılıb. Onun üzərinə baxış zamanı heroin aşkarlanıb.
Hər iki fakt üzrə RPŞ-də araşdırma aparılır.