• 26 Aprel 2024
logo
“Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsi...

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsi...

Beynəlxalq Ordu Oyunları-2022 yarışları çərçivəsində Qazaxıstanın Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin növbəti mərhələsi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Fərdi mərhələdə komandamızın ikinci heyəti də uğurla çıxış edib. Maneələr zolağını və minalanmış ərazini dəf edən artilleriyaçılarımız pulemyot, minaatan, qumbaraatan və avtomatlardan təyin olunmuş hədəfləri sərrast atəşlə məhv ediblər.
Peşəkarlıq nümayiş etdirən hərbi qulluqçularımız hakimlərin qərarına əsasən doqquz komanda arasında üçüncü yerə layiq görülüb. Birinci yerdə Qazaxıstan, ikinci yerdə isə Rusiya artilleriyaçıları qərarlaşıb.