• 26 Sentyabr 2022
logo
Qarabağda iki erməni hərbçi yaralandı

Qarabağda iki erməni hərbçi yaralandı

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin iki üzvü yaralanıb.
Bu barədə Xankəndindəki qondarma rejimin tör-töküntüləri məlumat yayıb.
Hadisə avqustun 8-də qeydə alınıb. Qanunsuz erməni silahlı dəstəsinin üzvləri - Qurgen Danielyan və Artur Aruşanyan partlayıcı maddələrdən istifadə qaydalarının pozulması və təhlükəsizlik tədbirlərinə əməl edilməməsi nəticəsində xəsarət alıblar.