• 25 Aprel 2024
logo
MN: Bu qadının Ordumuza heç bir aidiyyəti yoxdur

MN: Bu qadının Ordumuza heç bir aidiyyəti yoxdur - Foto

Müdafiə Nazirliyi sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşım edən vətəndaşla bağlı açıqlama yayıb.
Nazirlikdən daxil olan açıqlamada deyilir:
"Sosial şəbəkələrdə özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur".