• 27 İyul 2024
logo
Qubada üzərinə divar uçan şəxs öldü

Qubada üzərinə divar uçan şəxs öldü

Qubada üzərinə divar uçan şəxs ölüb.
Report xəbər verir ki, hadisə avqustun 3-ü saat 12 radələrində rayonun Xınalıq kənd ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini Zeynalov Eldəniz Zal oğlu yaşadığı kənddə Magro Costruction MMC tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar fərdi yaşayış evinin divarlarını metal alətlə sökən zaman sökülən hissə üzərinə uçub. Nəticədə o, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.