• 23 Fevral 2020
logo
Zəncirvari qəza 17 avtomobili yararsız hala saldı

Zəncirvari qəza 17 avtomobili yararsız hala saldı

İranın Qəzvin-Zəncan magistral yolunda baş verən zəncirvari qəzada 17 avtomobil toqquşub.
Trend-in məlumatına görə, bunu İranın Qəzvin vilayətinin hüquq-mühafizə orqanının rəisi Mehdi Hacian polis informasiya agentliyinə açıqlamasında deyib.
M.Hacianın sözlərinə görə, 2 avtobus və 10 avtomobilin toqquşması nəticəsində 2 nəfər həlak olub, 25 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
İranın Tibbi Ekspertiza Təşkilatının məlumatına görə, son 2 ayda yol qəzalarında 2 578 nəfər həlak olub, 58 417 nəfər yaralanıb.