• 5 Dekabr 2020
logo
Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 30-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Şərq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütununu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 30-da hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Dekabrın 29-30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.