• 30 Noyabr 2020
logo
Elnur Eltürkdən mühüm təklif

Elnur Eltürkdən mühüm təklif

“Xaricdəki Azərbaycan Evlərində “Vikipediya” könüllü qrupları yaradılsın”

"Xaricdə yeni açılan Azərbaycan Evlərinin nəzdində "Vikipediya" könüllü qrupları yaradılarsa, bu istiqamətdə görülən işlərə böyük təkan verər". Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktor müavini, diaspor üz araşdırmaçı- ekspert Elnur Eltürk bildirib. Onun sözlərinə görə, xaricdə potensialı olan ziyalılarımız, xüsusilə xarici ölkələrdə yaşayan və təhsil alan gənclərimiz kifayət qədərdir: “Bu, “Vikipediya”nın həm Azərbaycan, həm də xarici dil bölməsində ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, şəxsiyyətləri haqqında yeni məqalələrin yaradılmasına və redaktəsinə böyük töhfə olar”.