• 25 Fevral 2020
logo
Bakıda qonşusunu bıçaqlayan şəxsə 3 il cəza verildi

Bakıda qonşusunu bıçaqlayan şəxsə 3 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən İntiqam Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Trend-in məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Mustafayev 3 il azadlıqdan məhrum edilib.
İttihama görə, bu ilin yanvar ayında paytaxtın Xətai rayonu, Aşıq Qurban küçəsində 1993-cü il təvəllüdlü İ.Mustafayev qonşusu - 1994-cü il təvəllüdlü Elməddin Taleh oğlu Əliyevə bıçaqla xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən İ.Mustafayev könüllü olaraq polisə təslim olub. Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət ittihamı elan edilib.