• 25 Aprel 2024
logo
Allahşükür Paşazadə Boris Consonun iqamətgahında tədbirə qatılıb

Allahşükür Paşazadə Boris Consonun iqamətgahında tədbirə qatılıb - FOTO 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Londonda keçirilən Din və Etiqad azadlığı üzrə nazirlər konfransında iştirak edib.
Konfrans zamanı xarici işlər naziri Liz Trass hər kəsi din azadlığını müdafiə etmək və müsbət dəyişiklik potensialını göstərmək üçün birlikdə işləməyə çağırıb.
O bildirib ki, insanlara inandıqları şeyi seçmək imkanı verən cəmiyyətlər daha yaxşı, daha güclü və nəticədə daha uğurludur.
Konfrans çərçisində şeyxülislam ikitərəfli görüşlər keçirib, Böyük Britaniya Baş nazirinin dəvəti ilə az sayılı qonaqların iştirak etdiyi Britaniya Baş nazirinin iqamətgahı olan “10 Downing Street”də keçirilən tədbirdə iştirak edib.
O, Britaniyanın Cənubi Asiya və Şimali Afrika regionları üzrə dövlət naziri Lord Tarıq Əhməd ilə görüşüb. Lord, Azərbaycan kimi dinlərarası dialoq sahəsində mühüm rol oynayan bir dövlətin və onun nümayəndəsinin bu konfransda iştirak etməsinin əhəmiyyətini vurğulayıb. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin din və etiqad azadlığına göstərdiyi xüsusi diqqətdən danışıb.
Allahşükür Paşazadə Anqlikan kilsəsinin lideri Arxiyepiskop Castin Velbi ilə görüşüb. Görüşdə Şeyxülislam Azərbaycanda din və etiqad azadlığına göstərilən qayğı və diqqətdən danışıb, arxiyepiskopu Azərbaycana dəvət edib
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Koventri yepiskopu, Lordlar Palatasının üzvü Kristofer Koksvört ilə də görüşüb. Şeyxülislam görüş zamanı bildirib ki, Azərbaycan sülhsevər bir ölkədir və hər zaman Ermənistan da daxil olmaqla regiondakı digər ölkələri sülhə səsləyib. Allahşükür Paşazadə vurğulayıb ki, işğaldan azad edilən torpaqlarda ermənilərin ibadət edə bilməsi üçün imkan yaradılıb, lakin bu imkandan revanşizm çağırışları üçün istifadə etmək yolverilməzdir.
Allahşükür Paşazadə qeyd edib ki, Ermənistan islam abidələrini ya tamamilə məhv edib, ya təhqir edib ya da mənşəyini saxtalaşdırıb. Bunun əksinə Bakının mərkəzində erməni kilisəsi qorunub saxlanılıb.
Şeyxülislam bildirib ki, Azərbaycanda etnik və dini müxtəliflik ölkənin milli sərvəti kimi dəyəndirilir, Qarabağ torpaqlarında bütün dini məbədlər bərpa edilir, yenidən qurulur və dövlət tərəfindən qorunur.
Şeyxülislam BMT-nin baş katibinin müavini, Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Miguel Moratinos ilə də görüşüb. Şeyxülislam konfrans iştirakçılarından Britaniya yəhudi icmasının baş ravvini Efraim Mirvis, Simon Vizental Mərkəzinin rəhbəri Abraham Kuper, Qazaxıstanın informasiya və sosial inkişaf naziri Askar Omarov, Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Viktor Opaski, Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov, Finlandiyanın müsəlman İcmasının rəhbəri Atik Ali və başqaları ilə görüşüb.
Qeyd edək ki, Din və Etiqad azadlığı üzrə nazirlər konfransı Böyük Britaniyada bu istiqamətdə keçirilən ilk tədbirdir.

Allahşükür Paşazadə Boris Consonun iqamətgahında tədbirə qatılıb - FOTO Allahşükür Paşazadə Boris Consonun iqamətgahında tədbirə qatılıb - FOTO Allahşükür Paşazadə Boris Consonun iqamətgahında tədbirə qatılıb - FOTO Allahşükür Paşazadə Boris Consonun iqamətgahında tədbirə qatılıb - FOTO Allahşükür Paşazadə Boris Consonun iqamətgahında tədbirə qatılıb - FOTO Allahşükür Paşazadə Boris Consonun iqamətgahında tədbirə qatılıb - FOTO Allahşükür Paşazadə Boris Consonun iqamətgahında tədbirə qatılıb - FOTO Allahşükür Paşazadə Boris Consonun iqamətgahında tədbirə qatılıb - FOTO Allahşükür Paşazadə Boris Consonun iqamətgahında tədbirə qatılıb - FOTO Allahşükür Paşazadə Boris Consonun iqamətgahında tədbirə qatılıb - FOTO Allahşükür Paşazadə Boris Consonun iqamətgahında tədbirə qatılıb - FOTO Allahşükür Paşazadə Boris Consonun iqamətgahında tədbirə qatılıb - FOTO