• 23 Aprel 2024
logo
Azərbaycanda Qurban bayramı namazının vaxtı məlum olub

Azərbaycanda Qurban bayramı namazının vaxtı məlum olub

AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tövsiyələrində deyilir.
Bildirilib ki, şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər.
Qeyd olunub ki, iyul ayının 9-da məscidlərdə birgə bayram namazları qılınacaq.