• 19 Aprel 2024
logo
İranda zəlzələ olub

İranda zəlzələ olub

İranın Hörmüzqan əyalətində 4.1 bal gücündə zəlzələ olub.
Yeraltı təkanlar Hörmüzqan əyalətinin Bəndər Xəmir bölgəsində qeydə alınıb.
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Qeyd edək ki, son 2 həftə ərzində İranın Hörmüzqan əyalətində 100-dən çox zəlzələ qeydə alınıb. Sonuncu güclü zəlzələ keçən həftə 6.1 bal gücündə baş verib. Zəlzələ nəticəsində 5 nəfər həyatını itirib və 100-dən çox insan yaralanıb.