• 23 Aprel 2024
logo
Bakıda mənzildə 65 yaşlı kişinin meyiti aşkarlanıb

Bakıda mənzildə 65 yaşlı kişinin meyiti aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-nin verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Cavadov Şahlar Alış oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.