• 5 Oktyabr 2022
logo
Gəncədə bankomat kartınan oğurluq edən şəxslər tutulub

Gəncədə bankomat kartınan oğurluq edən şəxslər tutulub

Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki bankomatların qarşısında vətəndaşların etibarından sui-istifadə edərək onların bank kartlarındakı pulu ələ keçirən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Səxavət Məmmədov və Cabir Əsgərov bir neçə vətəndaşın bank kartından pulu mənimsəyərək onlara 1000 manat miqdarında maddi ziyan vurub.
Saxlanılan şəxslərin Gəncə şəhərində eləcə də respublikanın digər şəhər və rayonlarında anoloji cinayətlər törətməsi istisna edilimir. Odur ki, həmin şəxslərin əməllərindən zərər çəkən vətəndaşların Gəncə şəhər Baş Polis İdarəsinə, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə eləcə yaşadıqları ərazi üzrə polis orqanlarına müraciət etmələri tövsiyə olunur.